Naxçıvanda Novruzda su inamları
Azərbaycanda və xüsusilə Naxçıvanın ətraf bölgələrdə yaşayan xalqların istər mədəniyyətlərində istərsə də xalq inanclarında mifoloji nümunələr Nuh Nəbi dövrünə gedib çıxır.
Qurani Kərimdə adı keçən və inanca görə, 7500 il bundan əvvəl yaşanmış hadisədə Nuh və ona inananların olduğu gəmi ilk fədə Naxçıvanda–Gəmiqayada quruya çıxmışdır. Əfsanəyə görə Nuhun gəmisinin Ağrı dağı yönündən gəldiyi daha inandırıcı oldurdur ki, bu da ilk türkün ana Vətəni və insanlığın başlanğıcı hesab edilən yer-məkan məhz Naxçıvandır.
Azərbaycan şifahi xalq ədəbiyyatının mühüm bir hissəsinin əhatə edən Naxçıvan folkloru adət-ənələri ilə zənginliyini ta qədimlərdən bəri qoruyub saxlamışdır.
Naxçıvanda qədim zamanlarda “Su günü” deyiləndə (Şənbə günü) nəzərdə tutulurdu. Bundan başqa həftənin digər günləri də belə sıralanarmış:
“Yel günü” (Bazar ertəsi); “Süd günü” (Çərşənbə axşamı); “Duz günü” (Çərşənbə); “Torpaq günü” (Cümə axşamı), “Od, Atəş günü” (Cümə dünü); “Su günü” (Şənbə) və “Arınc günü” (Bazar günü) ə deyirmişlər. “Su günündə ağaçlara, əkin sahələrinə, evə, bağçaya, ninə və s. su çilənərdi. Belə ki, bu inam suyun canlıları, heyvanları, əşyaları paklandığından və ürəklərinə su səpildiyi halda onlardan heç bir zaman qarğış, bəddua etmədiklərinə inanılırmış.
Xalq yaradıcılığında Su əyası ilə inanclar şifahi xalq nümunələrində göstərilmişdir. Naxçıvanda yaşayan digər inanclar da bir növ kimi bu inanclar islami pərdə ilə örtülmüşdür. Naxçıvanda su Həzrəti Fatmanın izni və yol isə Həzrəti Əlinin yolu kimi dəyərləndirilir. Hər ikisinin də təmiz tutulması, onlara hörmətlə davranılmalıdır. Əks halda Allah tərəfindən cəzalandırılacaqlarına inanırlarmış. Naxçıvanda su ilə bağlı pirlər daha geniş və məşhurdur. Türk xalqlarının çoxu suyu təməl başlanğıc hesab etmiş, öz inamlarında da bunu ön planda tutmuşlar. Yeni başkurd gəlinləri qaynatalarının su içdiyi bulağa pul atarlar. Naxçıvanda Xıdır Nəbi bayramında qızlar, gəlinlər axşamdan çoxlu duzlu yemək yeyər və heç su içməzlərdi. Gecə yuxudaykən Xıdır onlara su verərdisə demək ki, onlar niyyətlərinə çatardılar.
Naxçıvanın Culfa rayonunun Teyvaz kəndində yağış pirində yağış daşı vardır. Quraqlıq zamanı o daşı kəndə götürməklə yağış yağarmış. Başqa bir inama görə yağış yağdırmaq daşını Nuh peyğəmbərin oğlu Yafəs veribmiş.
Naxçıvan bölgəsində məşhur olan ata və babalarımızın bizlərə söylədiyi “Çınqıllı bulaq”, “Yeddi bulaq” əfsanələrində müqəddəs su ilə əlaqədar inanclar var. Azərbaycan xalq inanmalarından “Üç günlük olmaq” deyə bir xəstəlik vardır. Uşaq və ya anası bulağı murdarlamasına görə su əyası cəza verib onların ağızlarında yaraların çıxmasını təmin edər. Üç günlük xəstəliyinin müalicəsi üçün əlaqədar suya gedib onu salamlayıb ona;
“Salaməleykim sucığaz
Əleykümsalam bucığaz
Dörd tərəfə od düşüb
Dərmanınız bu çığaz” deməli və sudan içməlidirlər.
Su əyası ilə əlaqədar edilmiş daha bir rəvayətə görə yaşlı bir qadın xalq arasında Su Sonası olaraq tanınan yarı balıq yarı qız olan bir canlının daş üzərində oturduğunu görüb ona kim olduğunu nə etdiyini soruşar. Su Sonası verdiyi cavabda: “Suyun məleykəyi olduğunu, su çirkləndiyi üçün çölə çıxıb, təkrar suya girmək üçün suyun təmizlənməsini gözlədiyini söyləyər. Su ilə əlaqədar xalq inanmaları Azərbaycandan Şərqi Anadolunun bir qisim bölgələrdə rast gəlinləkdədir. Naxçıvan şəhərində xalq arasında “Qızlar bulağı” adı ilə tanınan yerlə bağlı maraqlı əfsanə və rəvayətlər deyilməkdədir. Naxçıvan əhlinin bulaq, su anlayışı müqəddəsdir. Xalq arasında bulaqlara yalnız gündəlik istifadə üçün baxsalarda, bulaqlar qız-gəlinlərin çoxlu halda toplaşdıqları yer, nənə, analarımızın müqəddəs yuxusunu, arzularını etibar etdiyi və gənc eşq sevdasına düşənlərin də inanc yeridir.
Azərbaycanda mifоlоji inama görə, “sübh zamanı və bir də axşam çağı suyun başına gеdəndə ona salam vеrmək lazımdır. Suda Qarı nənə adlı bir şəxs yaşayır. Əgər оna salam verməsən, küsər və sənə ziyanı dəyər”. Yaxud “Su əyəlidir (sahiblidir). Suya gedəndə mütləq salam verməlisən. Yоksa su əyası səndən küsər və zərərinin toxunduğunu hiss edərsən”.
Azərbaycan xalq yaradıcılında da hikmətli sözlərdən biri olan” Yol böyüyün su küçüyün” olmaqla bəzi atalar sözləri vardır. Su totemi ilə əlaqədar yazılara ortaq türk dastanlarında da rast gəlinmişdir. Məsələn, bu totem “Koroğlu” dastanında Qırat və Düratın dərya ayğırından törənməsində görünür”. Ortaq türk xalq nağıllarında, dastanlarımızda tez-tez rastlaşdığımız obrazlardan biri də dərya atları obrazıdır. Onların mənşəyi, təməli də dərya (su) ilə əlaqəlidir.
Su stixiyasını kosmik başlanğıcı tərəfindən idarə olunmasında xüsusi missiyalı obrazlar kimi göyü və Çömçəxatun Naxçıvan əfsanələrində mühüm yer tutur. Belə ki, bu əfsanədə su mediator funksiyasının daşıyıcısı kimi təsəvvür olunur. Mətnlərin birində “Al qarısı su olub çeşmədən gedir”. Fikrimizə, bu da başlanğıc təsəvvürü ilə əlaqədar. Naxçıvanda su həmçinin günahkarların aşkarlanması missiyasını yerinə yetirir. Belə ki, günahı olan batır, günahı olmayan isə suyun üzəri ilə batmadan keçib gedir. Nahçivandakı şifahi xalq mətnlərində Su əyasi və Su qarısı obrazları vardır. Su əyası xeyriyyəçi, Su qarısı isə pisniyyətdir.
Su ilə əlaqədar ən orijinal mərasimlər biri də Novruz bayramında edilənlər. Burada da suyun etibarını aydın şəkildə görürük. Məsələn; Novruz Bayramında ilin sonuncu Çərşənbə səhəri erkəndən, gənc qızlar, gəlinlər axar çaya gedər dilək tutub su gətirərmişlər. Gətirilən suyu evə – bağçaya səpilərmiş ki, “ili aydınlıqda keçirəsən” mənasında yeni il istəyi, arzusu bildirmişdir. Novruz bayramının son Çərşənbəsi su üstü mərasimlər keçirlir. Bu mərasimlərdə əvvəl kiçiklər, sonra isə böyüklər hər kəs su üzərindən atlanar, ağırlığım – uğurluğum bu suya tökülsün deyirlər. Bu adət-ənənə yalnız səhərin ilk işıqları doğulmadan və ulduzlar batmadan gedilər. İnsanlar evlərinə dönən zaman suyun içindəki daşlardan götürülür və evin dörd bir küncünə atılar. Bəzi bölgələrdə isə bu daşlardan bərəkətlidir məqsədi ilə evdəki qab-qacaqların, rəflərin, yağ küpü , un çuvalı və s. kimi məmularların içinə atırlar. Sonuncu Çərşənbə günü Ordubad bölgəsində çilə suyu mərasimi də keçirilir. Eyni gün kəndin yaşlı insanları kənd məscidində toplaşır, teştin içinə su tökürlər və o suya da diri balıq atırlar. Yeni il gəldiyi zaman balıq suda tam tərsinə dönər. Çillə suyu adlanan o suda kənddəki xəstə insanlara içirdilir, evə, bağçaya səpilir. İnamlara görə cilə suyu xəstələrə şəfa verəcək və evə, bağçaya isə ruzi bərəkət nəsib edəcək. Naxçıvanda insanların müqəddəs saydıqları andlardan biri də “Su haqqı” dır. Bu andda insanlar suyun müqəddəsliyini və öz hörmətlərini bildirirmişlər.
Əbədi həyat mənbəyi olan su insanlar tərəfindən müqəddəs hesab olunmuş, ona sitayiş edilmiş və inanılmışdır. Naxçıvan və bir bölgələrdə ortaq əfsanə və rəvayətlərdə suyun varlığına müqəddəsliyinə itaət etmişlər.
Ümumiyyətlə Naxçıvan təbii və axar su mənbələri ilə çox zəngindir. Bu tək Naxçıvanda deyil suya inanan bütün bölgələrində su qaynaqlarına rastlanmaltadır.
Əkrəm Hüseynzadə
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universiteti

