Məşhur fransız bəstəkarının Xocalı faciəsinə həsr olunmuş əsəri Nitsada ifa olunacaq – VİDEO
Bu axşam Fransanın Nitsa şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məşhur fransız bəstəkar Pierre Lottinin “613” əsəri ifa olunacaq.
Tədbirdə Azərbaycan diaspor nümayəndələri və Fransa vətəndaşları iştirak edəcək.
Hazırda Nitsada olan Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva açıqlamasında konsertə hazırlıqla bağlı “Diaspor TV”-yə məlumat verib.

