Dünya 

Xarkovda viran qalan evlər – FOTO/VİDEO

Ukraynada müharibə başlayandan bəzi mülki şəxslər yaşadıqları şəhəri tərk etməyə çalışırlar, bəziləri metro stansiyalarına və evlərinin zirzəmilərinə sığınırlar.

Rusiyanın hücumları zamanı Xarkov şəhərində yaşayış kompleksinə ciddi ziyan dəyib. Hadisə yerindən təqdim edilən görüntülərdə ən azı iki nəfərin yaralandığı, bir nəfərin isə hadisə yerində öldüyü görünür.

Yanğınsöndürənlər və xilasedicilər insanları təhlükəli vəziyyətdə olan binadan çıxarmağa çalışırlar.

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə: Anadolu

Daha çox xəbərlər