Rusiya XİN-dən Ukrayna ilə diplomatik münasibətləri kəsilməsinə REAKSİYA – YENİLƏNİB
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın diplomatik əlaqələri kəsmək qərarına reaksiya verib.
“Bu, bizim seçimimiz deyil”, – deyə XİN-dən “RİA Novosti”yə bildirilib.
Xarici İşlər Nazirliyindən qeyd edilib ki, diplomatik münasibətlərin qopması 2014-cü il çevrilişindən başlayaraq Kiyev hakimiyyətinin məqsədyönlü rusofob siyasətinin məntiqi nəticəsidir.
13:48
Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsir”, – deyə o qeyd edib.
Mənbə: TASS

