Bakı Media Mərkəzindən Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM – VİDEO
Bakı Media Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda Xocalı soyqırımından 30 il ötdüyünü və faciənin qurbanlarının hörmətlə anıldığı qeyd edilib.
“Şaxtalı və qarlı fevral gecəsində dinc əhaliyə vəhşicəsinə divan tutuldu. Cavana, qocaya, hətta körpəyə aman verilmədi. Bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımından 30 il ötür. Faciə qurbanlarını hörmətlə anır, həyatını itirmiş hər kəsi ehtiramla yad edirik”, – deyə bildirilib.