Hadisə 

Həmyerlimizin nəşi 79 il sonra Azərbaycana gətirildi – VİDEO

1941-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşmüş Qax rayonunun Güllük kənd sakini 1922-ci il təvəllüdlü Əliyev Əli Molla oğlunun cəsədinin qalıqları Rusiyanın Volqoqrad şəhərində tapılıb.

Qazıntı aparan rusiyalı işçilər qəbir görüb və qəbirin içindən tapılan qolbaqda Əli Əliyevin ad-soyadı və yaşadığı yer qeyd olunub. Daha sonra onun qohumlarına məlumat verilib. Qohumlarının istəyi ilə mərhumun nəşi Azərbaycana göndərilib.

Böyük Vətən müharibəsində həlak olan həmyerlimizin nəşi Qax Rayon Hərbi Komissarlığının, kənd icra nümayəndəliyinin və qohumlarının iştirakı ilə rayonun Güllük kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Əli Əliyev 1942-ci ildə, 20 yaşı olarkən könüllü olaraq müharibəyə yollanıb. Subay olan Ə.Əliyev 1943-cü ildə Volqoqradda həlak olub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Daha çox xəbərlər