Dünya 

Kiyevdə diversantlar binaların qaz borularını hədəf seçmək üçün işarələr qoyur – VİDEO

Kiyevdə yaşayış binalarının hədəf seçilməsi üçün binaların üzərinə işarələr vurulur.

Sözügedən işarələr hətta binaların qaz borularının da üzərində müşahidə olunub.

“Diqqət! Diversantlar şəhərdə bir çox işarələr qoyub. Bu gün isə kiyevlilər yaşayış binalarının qaz borularına işarə qoyulmasını çəkib. Sayıq olun! Bu cür halları görən kimi polisə müraciət edin!”, – deyə şəhər meri Vitali Kliçko bildirib.

Mənbə: Segodnya.ua

Daha çox xəbərlər