Pakistanın XİN rəhbəri Dmitro Kulebaya Ukrayna ilə bağlı narahatlığını bildirib
Pakistan və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün “Twiter” hesabında bildirib.
O qeyd edib ki, ukraynalı həmkarı Dmitro Kulebaya Pakistanın ciddi narahatlığını bildirərək, gərginliyin azaldılması və diplomatiyanın zəruriliyini vurğulayıb.
“Ukrayna hakimiyyətinin Pakistan icmasının, tələbələrinin evakuasiyasındakı rolunu yüksək qiymətləndiririk, davamlı və sürətli yardıma ümid edirik”, – Şah Mahmud Qureyşi vurğulayıb.

