Əsas səhifə 

Azərbaycan sözünü əməli işi ilə doğruldan sivil ölkədir

BMT Baş Assambleyası sədrinin «Universal peyvəndlənmə üçün səylərin artırılması» mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından təqdim olunan videoformatda çıxışı dövlət başçımızın «peyvənd millətçiliyi»nə qarşı növbəti  humanitar çağırışıdır

BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının «Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması» mövzusuna həsr edilən 77-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev vurğulamışdı ki, bütün ölkələri yeni çağırışlarla üz-üzə qoyan COVID-19-un dünya iqtisadiyyatına təsirinin, ölüm hallarının azaldılması beynəlxalq ictimaiyyətin birlik və həmrəyliyindən asılıdır.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik açıqlamaları göstərir ki, milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Buna görə də pandemiyaya qarşı qlobal səfərbərliyin gücləndirilməsində  bütün dövlətlər iştirak etməlidir. Bu baxımdan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş toplantıları, ölkəmizin humanitar siyasətinin, multikultural ənənələrə sadiqliyinin nümunəsi olan humanitar addımları maraqla qarşılanır.

«Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib» söyləyən, «peyvənd millətçiliyi»nə qarşı mübarizədə ədalət prinsiplərinin qorunmasına, bütün insanlara eyni dərəcədə  yanaşılmasına, insanlar arasında qeyri-bərabərliyin  aradan qaldırılmasına tərəfdar olduğunu bildirən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi də təşəbbüsləri dünyada peyvəndlərin ədalətli bölgüsü, vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətindəki ədalətsizliyə çağırışıdır. Qoşulmama Hərəkatı adından irəli sürülən bütün ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamənin dünya dövlətləri tərəfindən  yekdilliklə qəbul edilməsi ölkəmizin pandemiyaya qarşı mübarizədəki səylərinin ifadəsidir. ÜST-ə,  30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərən, COVID-19 ilə mübarizə ilə bağlı səylərin birləşdirilməsi çağırışını səsləndirən, «peyvənd millətçiliyi”»ni qınayan Prezident İlham Əliyevin    təşəbbüsü əsasında  hazırlanan qətnamənin 171 ölkə tərəfindən qəbul edilməsi  təqdirəlayiq humanist addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatının  Zirvə toplantılarında irəli sürülən təkliflər əsasında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi, Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürülən «Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi» adlı qətnamənin qəbulu humanizm prinsiplərinə sadiqlikdir. Dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın pandemiya ilə mübarizədə  apardığı sosial islahatların dünyada  təcrübə kimi nümünə göstərilməsi ölkəmizdə insan amilinə verilən dəyərdir.

Bu günlərdə BMT Baş Assambleyası sədrinin təşkil etdiyi  COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair yüksək səviyyəli tematik müzakirələrdə   milli qisimdə və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edən  Prezident İlham Əliyev bu təşəbbüsü insanlıq naminə atılan addım adlandırmışdır. Prezident İlham Əliyev  çıxışında peyvəndlərin ədalət prinsipləri əsasında  bölünməsini pandemiyaya qarşı qlobal mübarizə kimi dəyərləndirdi.  Qeyd olundu ki, dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxtda  keçirilən bu tədbir vacibdir  Çıxışında pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlıq və həmrəylik ruhunda beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsi pandemiya ilə mübarizənin ən səmərəli vasitəsidir.

BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasını, Baş Assambleya tərəfindən qəbul edilmiş  COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələrin qəbulunu Qoşulmama Hərəkatının dünyada artan nüfuzu kimi dəyərləndirən Prezident İlham Əliyev  BMT-dən sonra ən böyük  təsisat olan Qoşulmama Hərəkatına üzv dövlətlərin həmrəyliyini uğurlu nəticə kimi diqqətə çatdırdı.  Qeyd olundu ki,  təşəbbüslərin  əsas mahiyyəti COVID-19 pandemiyasına qarşı birgə  mübarizəyə çağırış olsa da,  hələ ki, az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması  narahatlıq doğurur.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik  beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına əngəl törədir.  Bu cür qeyri-bərabərlik  həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.  Belə neqativ hallara qarşı mübarizənin yollarından bəhs edən Prezident İlham Əliyev  bildirdi ki, səhiyyə sisteminin davamlı fəaliyyəti təmin edilməli, pandemiya ilə mübarizədə səmərəli  metodlardan istifadə gücləndirilməli, fasiləsiz peyvəndlənmə proqramları davam etdirilməlidir.  Belə çətin məqamlarda  iqtisadi və maliyyə imkanları zəif olan dövlətlər üçün nəzərdə tutulan  ianə təşəbbüsləri  artmalıdır.

«Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki,  regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflığa diqqət daha vacibdir.

Azərbaycanda pandemiyaya qarşı mübarizənin  nəzarətdə saxlanıldığını,  adekvat tədbirlərin həyata keçirildiyini bildirən dövlət başçımız İlham Əliyev ölkəmizdə yetkin əhalinin 68 faizinin peyvəndin hər iki dozası ilə təmin olunmasını nümunə  göstərdi.  Prezident İlham Əliyevin «Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik. İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik» sözləri  Azərbaycanın  pandemiyaya qarşı mübarizədə göstərdiyi real dəstəyin ifadəsidir.  Dövlət başçımız onu da vurğlamışdır ki,  qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlayan  BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq.

Bu günlərdə  Rusiyaya rəsmi ёsəfəri çərçivəsində bu ölkənin tanınmış KİV-lərinə müsahibəsində ölkəmizdə  pandemiyaya qarşı mübarizə ilə bağlı  görülən işlərdən bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki,  Azərbaycan  beynəlxalq səviyyədə  başqalarına kömək edən, həm də «vaksin millətçiliyi”»nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdəndir:  «Məhz yardım göstərmək, inkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün biz başçılıq etdiyimiz Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsünü, sonra isə Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdük və bu sessiya keçirildi. Həmçinin nəinki başqalarına kömək etməyən və yalnız özü haqqında düşünən, həm də onlara lazım olduğundan qat-qat çox vaksin alan ölkələri qınayan müvafiq qətnamələr qəbul edildi.»

Qoşulmama Hərəkatının müasir dünyada yeni qüvvə kimi  nə qədər aktual olması ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev  Azərbaycanın quruma  sədrliyi müddətində  təşkilatın beynəlxalq aləmdə möhkəmlənən nüfuzunu bu sözlərlə diqqətə çatdırdı: «Fikrimcə, buna tələbat var. Biz bu missiyaya çox məsuliyyətlə yanaşmışıq. Mən, əlbəttə, bizi heç kimlə müqayisə etmək istəmirəm…Biz 10 ildən bir az artıqdır ki, seçilmişik və sözün əsl mənasında, bir neçə ildən sonra bizə belə etimad göstərildi, yekdilliklə seçildik. Bizə özümüz daxil olmaqla, 120 ölkə səs verdi.»  Azərbaycanın Hərəkata  ikinci dəfə sədrlik səlahiyyətlərinə layiq görülməsi ölkəmizin  öz funksiyasını layiqincə  yerinə yetirməsi, etimadı doğrultmasıdır.  «Bakıda, sədrliyi öz üzərimizə götürdüyümüz Sammitdə mən dedim ki, biz beynəlxalq hüququ, ədaləti qoruyacaq və üzv ölkələrin maraqlarını müdafiə edəcəyik.  Biz bunu edirik. Biz beynəlxalq hüququ və ədaləti 2020-ci ildə bərpa etdik, üzv ölkələrin maraqlarını isə öz imkanlarımız hüdudunda müdafiə edirik»  söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, humanitar-maliyyə yardımı və qlobal arenada qazandığı nüfuzu ilə böyük potensiala malik,   BMT-dən sonra ikinci təşkilat olan Hərəkat üzvlərininın  Azərbaycanı iki dəfə dəstəkləməsi əməkdaşlığa, qarşılıqlı hörmətə dəyər verən ölkəmizə olan etimaddan irəli gəlir. Çünki,  təkcə pandemiyaya qarşı mübarizədə göstərdiyi fədakarlıqla kifayətlənməyən Azərbaycan qlobal çağırışların təşəbbüskarı kimi də dünya dövlətlərinin hörmət və ehtiram göstərdiyi sivil dəyərlərə sadiq ölkədir.

Daha çox xəbərlər