Dünya 

Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI

Ukraynada hərbi əməliyyatlar başlayandan Rusiya ordusunun 5840 hərbçisi öldürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.

Həmçinin Rusiyaya məxsus 211 tank, 862 zirehli döyüş maşını məhv edilib.

Bundan başqa Rusiyanın verdiyi itkilərə 85 artilleriya sistemi, 40 reaktiv yaylım atəşi, 9 hava hücumundan müdafiə vasitəsi, 30 təyyarə, 31 helikopter, 355 zirehli avtomobil, 2 yüngül sürətli qayıq, yanacaq və sürtkü materialları olan 60 sistern, 3 operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatı (PUA) da daxildir.

Daha çox xəbərlər