Region Xəbərləri 

Oğuzda tütünçü fermerlərlə müqavilələr bağlanılır

Oğuz rayonunda tütünçülüklə məşğul olan fermerlərlə müqavilələrin bağlanılmasına başlanılıb. İndiyədək “Azəri” Korporasiyası tərəfindən “İmmuniy” növlü tütün əkini ilə əlaqədar 7 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr hələlik 52 hektar təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 220 hektar sahədən 368 ton quru tütün əldə ediblər.

Daha çox xəbərlər