Qanunsuz ovla bağlı cərimələrin məbləği artırıla bilər
“Qanunsuz ova görə xarici vətəndaşlarla bağlı 18, yerli vətəndaşlarla bağlı isə 60-dan çox fakt qeydiyyata alınıb”.
ARANTV.AZ xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, qanunsuz ovla bağlı cərimələrin məbləğinin artırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb və aidiyyəti üzrə göndərilib: “Həmin cərimələrin təkcə miqdarının artırılması yox, müəyyən əlavə qaydalar da təklif olunub. Ov qaydalarının pozulması ilə bağlı yeni tədbirlər layihədə təklif olunur”.
O qeyd edib ki, Azərbaycanda ov edənlərin 90%-i yerli vətəndaşlardır.

