Region Xəbərləri 

İsmayıllıda məktəblilər arasında idman oyunları keçirilib

Gənclər və İdman Nazirliyi tərəfindən 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilən “İdman həftəsi” çərçivəsində İsmayıllıda məktəblilər arasında əyləncəli idman oyunları keçirilib. Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin işçiləri, məşqçi-müəllimlər, məktəblilər, idman həvəskarları, valideynlər iştirak ediblər.

ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev parkında təşkil olunan oyunların açılışında çıxış edən gənclər və idman idarəsinin rəisi Taleh Salehov Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, bu sahədə Prezident İlham Əliyevin xidmətlərindən bəhs edib. O, keçirilən əyləncəli idman oyunlarının məktəblilərin idmana olan həvəsinin artmasına, sağlamlığının qorunmasına müsbət təsirindən bəhs edib. Vurğulayıb ki, Heydər Əliyev parkında inşa edilən yeni idman qurğuları məktəblilərə bir hədiyyədir. T.Salehov parkda inşa olunan və ötən ilin sonunda istifadəyə verilən süni örtüklü minifutbol meydançası haqqında məktəbliləri məlumatlandırıb.

Sonra əyləncəli idman oyunlarına start verilib. Maraqlı və əyləncəli keçən oyunlarda oğlanlar və qızlar arasında I-III yerləri qazanan məktəblilər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıb.

Daha çox xəbərlər