Cəmiyyət 

Nazir kök olduğu üçün sərəncama götürdüyü rəisə YENİ VƏZİFƏ VERDİ

Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.

ARANTV.AZ  bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Minval.az-ın məlumatında bildirilir ki, bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov kök olduqları üçün normativləri yerinə yetirə bilmədiklərinə görə vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülmüşdü.

Daha çox xəbərlər