Tərtərdə tərk edilən hərbi mövqedən silah-sursat TAPILDI – VİDEO
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, silah-sursat Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən aşkarlanıb.
Tapılan 1 pulemyot, 2 qumbara və 3 000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

