Dünya 

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara gəlib – YENİLƏNİB + VİDEO

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Belarusa gəlib. Nümayəndə heyətlərinin bugünkü görüşü Belarusun Brest şəhərində baş tutacaq.

“Rusiya Federasiyası ilə qapalı danışıqlar. Üçüncü raund. Kiyev vaxtı ilə saat 16:00-da başlayır. Nümayəndə heyəti dəyişməyib”, – Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”-də yazıb.

09:24

Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu keçiriləcək.

Mövzu ilə bağlı danışan Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Krım, həmçinin LXR və DXR-in müstəqilliyinin tanınması ilə bağlı razılaşmanın danışıqlarda praktiki olaraq mümkün olmayan yeganə məsələ adlandırıb.

“Rusiya onların müstəqilliyini tanımağımıza təkid edir, ancaq onlar Ukraynanın bir hissəsidir, təbii ki, bu mövqe Ukrayna ictimaiyyəti üçün qəbuledilməzdir”, – deyə D.Araxamiya bildirib.

Mənbə: Fox News

Daha çox xəbərlər