Cəmiyyət 

8 Mart günü şəhid anaları ilə bağlı alqışalayiq addım – VİDEO

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid anaları üçün tədbir keçirilib.

Tədbirdə canını vətən uğrunda qurban verən şəhidlərin anaları, yaxınları iştirak edib.

Onların hər biri Beynəlxalq Qadınlar Günü münasibət ilə təbrik edilib və hədiyyələr təqdim edilib.

Tədbir məkanı şəhidlərimizin şəkilləri ilə əhatə olunub. Şəhid anaları bu gözəl təşəbbüsə görə təşkilatçılara təşəkkür edib.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan tədbirdən görüntüləri təqdim edirik:

Daha çox xəbərlər