Sosial 

Yalnız qeyri-etik məzmunlu ifadələr olan plakatlar polis tərəfindən götürülüb

Bakıda dünən qadın haqları ilə bağlı keçirilən yürüşdə sərgilənən bir neçə plakat polis əməkdaşları tərəfindən iştirakçılardan alınıb.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev danışıb.

Onun sözlərinə görə, paytaxtın mərkəzində bir qrup qadının təşkil etdiyi “8 Marş – Susa Bilmirik” yürüşündə bəzi plakat-şüarların polis tərəfindən alınması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb: “Yalnız qeyri-etik məzmunlu ifadələr olan plakatlar polis tərəfindən götürülməklə qaldırılmasına imkan verilməyib. Bu barədə yürüşün təşkilatçıları yerində məlumatlandırılıb”.

Daha çox xəbərlər