Siyasət 

Dəyişən reallıqlar Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirir

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdıran Prezident İlham Əliyev hədəfləri də müəyyənləşdirdi

Altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci ildə keçirilən ilk iclasında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəblərindən bəhs edən Prezident İlham Əliyev yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini, islahatlar siyasətinin yeni tələblər baxımından davamını başlıca şərt kimi qarşıya qoymuş, siyasi sistemin təkmilləşdirilməsi işində deputatların mühüm rolunu qeyd etdi. Vurğulandı ki, ölkədə aparılan konseptual və struktur xarakteri daşıyan islahatlar Milli Məclisin qanunvericilik prinsipləri əsasında həyata keçirilməli, iqtisadi islahatların dərinləşməsinə töhfə verməli, qəbul olunan sənədlər milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası əsasında daha da təkmilləşməlidir. Əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğu ölkəmizdə yeni nəslin milli, vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət artırılmalıdır. Dövlət başçımızın xüsusi diqqət yetirdiyi əsas məsələ ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun daha da artırılması oldu. Vurğulandı ki, bəzi təşkilatların Azərbaycana qarşı əsassız ittihamlarına , ölkəmizin daxili və xarici siyasətinə müdaxilələrə qaşı barışmaz mövqe xalqın etimad göstərdiyi millət vəkillərinin başlıca vəzifələri olmalıdır. Özlərini demokratiyanın beşiyi hesab etsələr də dünyanın gözü qarşısında dinc aksiya iştirakçılarına qarşı zorakılıq hallarının artdığı, miqrantlara qeyri-insani münasibətlərin göstərildiyi Avropanın ikili standartlardan qaynaqlanan ədalətsizliyinə qarşı barışmaz mövqe göstərilməlidir. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməli, ölkəmiz bəşəri prinsiplər əsasında tərəqqi etməli, dini radikalizmə qarşı mübarizə gücləndirilməli, uğurlu xarici siyasətimiz ölkəmizin və xalqımızın maraqları, mənafeləri naminə inkişaf etdirilməlidir.

Azərbaycanın ərazi bütövlüyünün toxnulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrdə işğal faktı da, erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün nəzərdə tutulan bütün bəndlərin həlli üçün siyasi qətiyyət göstərən, diplomatiyada özünü təsdiqləmiş Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu sənədləri tarixin arxivinə göndərmək istəyən erməni təəssübkarlarının bütün cəhdləri iflasa uğradı. Azərbaycanın maraqlarına cavab verməyən yeni sənədlər hazırlamaqla , ATƏT-in Minsk qrupu və həmsədrlər institutu adlanan qurumu formalaşdırmaqla qondarma « Dağlıq Qarabağ respublikası»nın (DQR) tanınmasına, münaqişəsinin həllinə əngəl törətmək istəyənlərin ikili standartlardan qaynaqlanın ədalətsiz mövqelərinə də qalib gələn Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik gedişləri oldu.
Avropa Şurası Parlament Assambleyasında, Avropa Parlamentində, Avropa İttifaqında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında separatçı rejim dqr ilə bağlı müzakirə və dinləmələrdə, BMT qətnamələrinin müddəalarını əks etdirən” bütün platformalarda Prezident İlham Əliyevin cəsarətli çıxışları, real arqumentlərə əsaslanan açıqlamaları ermənipərəst dairələri fakt qarşısında qoymaqla Azərbaycanın diplomatiyası və xarici siyasətinin uğuru kimi dəstəkləndi.
Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində xüsusi rolu olan , Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq münasibətləri möhkəmlənən, multikultural dəyərlərə sadiq, tolerant ölkə kimi tanınan, humanitar çağırışları, dünyada sülhün, sabitliyin təminatına verdiyi töhfələri ilə sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycana maraq artır. Xarici siyasətinin əsasını qarşılıqlı anlaşma prinsiplərinin təşkil etdiyi Azərbaycan dünyada, bölgədə sülh və əməkdaşlıq münasibətlərinə üstünlük verir, bütün münaqişələrin, mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həllinə dəstək göstərir. Beynəlxalq aləmdə qlobal layihələrin təşəbbüskarı və icraçısı, humanitar çağırışların müəllifi kimi tanınan, 127 ölkənin təmisl olunduğu Qoşulmama Hərəkatına iki mərhələ üzrə başçılıq edən Azərbaycan Türk Dövlətləri Təşkilatının sədri olduğu müddətdə müsəlman ölkələri arsındakı münasibətlərin daha da möhkəmlənməsi naminə önəmli addımlar atır. BMT-dən sonra üzvlərinin sayını görə ən böyük və nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatının üzvü olan Azərbaycanın bu təşkilatda möhkəmlənən mövqeyi də Prezident İlham Əliyevin dövlətçilik təcrübəsinin, liderlik fəaliyyətinin nəticəsidir.

Prezident İlham Əliyev yaxşı dərk edirdi ki, Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş dünyanın əsas dövlətlərində Ermənistanın təsiri o qədər güclü və dərindir ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün birbaşa addımlar gözləmək çətindir. Buna görə də mövcud şəraitdə əks qüvvə lazım idi. Bu qüvvələr, təbii ki, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı idi. Amma onlardan birində birbaşa dini, digərində isə etnik komponent olduğuna görə fövqəlgüclərin vahid fikrinə böyük təsir göstərə bilmirdilər. O zaman Prezident İlham Əliyev çox mühüm qərar qəbul edir. O Azərbaycanı Qoşulmamama Hərəkatına üzv etməklə yanaşı, təşkilatda birlik və həmrəyliyi gücləndirir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ölkəmizlə bağlı məsələnin müzakirəsində BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək göstərdilər, ölkəmizin ədəalətli mövqeyini müdafiə etdilər. Artıq tarixə qovuşmuş separatçı rejimlə bağlı yeni qətnamənin qəbulunun əleyhinə səs verdilər. Prezident İlham Əliyevin heyrətamiz qabiliyyəti, ensiklopedik savadı və müdrikliyi 44 gündə nəinki döyüş meydanında, diplomatik savaşda, informasiya cəbhəsində də ölkəmizə Qələbə qazandırdı. Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyənin mövqeyini yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı İslam ölkələrinin, Qoşulmama Hərəkatına üzv dövlətlərin həmrəyliyini ölkəmizə artan marağın, beynəlxalq aləmdə haqq işimizin uğuru kimi dəyərləndirdi. Uzaqgörən siyasəti, xarici KİV-lərə müsahibələri ilə dünyaya erməni faşizminin törətdiyi vəhşilikləri, qəddarlığı göstərən Prezident İlham Əliyev Azərbaycanın tolerant ölkə olmasını mülki ermənilərə qarşı hərbi əməliyyatların keçirilmədiyini də humanist yanaşması ilə bildirdi. Qarabağın erməni sakinlərinin hüquqlarının pozulmasından gileylənməsinə imkan yaratmadı. Əksinə hərbi əməliyyatlarda əsir düşən erməniləri öz ölkələrinə qaytarmaqla bu günədək azərbaycanlı əsir və girovları, 30 il işğal altında qalan ərazilərdə basdırdıqları minaların xəritəsini Azərbaycana verməkdən imtina edən terorçu Ermənistana insanlıq dərsi verdi. İllərdən bəri işğalçı Ermənistanı dəstəkləyənlərə, təcavüz faktını qəbul etməyənlərə haqqın-ədalətin sonda qalib gələcəyi reallığını qəbul etdirdi.

Bu gün Azərbaycanın bölgədə yaratdığı reallıqlarla dünya siyasətinin yenidən tarazlanmasında, qlobal enerji, nəqliyyat- kommunikasiya layihələrinin həyata keçirilməsində təşəbbüskar və icraçı kimi tanınan Azərbaycanın yaratdığı reallıqlar əsasında regionun gələcəyinin müəyyənləşdirilməsi Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin təbliğidir.
Dünyada yaranan ərazi münaqişələrinin əsasında ikili standartların başlıca amil olduğunu bildirən Prezident İlham Əliyev dünya siyasətçiləri tərəfindən müasir dünya və Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərinin müəllifi kimi qəbul olunur. Türkiyə ilə münasibətlərini gücləndirərək bölgədə 3+3 formatının reallaşması üçün qətiyyət göstərən Azərbaycanın bu yolda əsas müttəfiqi qardaş ölkədir. İşğaldan azad edilən Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən Müttəfiqlik Bəyannaməsinin imzalanması bütünlükdə türk dünyasının möhkəmlənməsinə stimul verən tarixi addım, möhkəm bünövrə oldu. 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olana dəstək göstərən Türkiyənin dəstəyi ilə ermənipərəst dairələrin Azərbaycana münasibətdə düşmən hərəkətlərinin qarşısı alındı. Sevindirici haldır ki, bu dəstək və qarşılıqlı maraqlar naminə möhkəmlənən birlik Qarabağın və Şərqi Zəngəzurun bərpasında ən önəmli dəstəkdir. İşğaldan azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi qardaşlığımızın sarsılmazlıq simvoludur. İşğaldan azad olunmuş ərazilərdə Şuşa Bəyannaməsində nəzərdə tutulan quruculuq işlərinin, islahatların, gerçəkləşən layihələrin Azərbaycanın öz vəsaiti hesabına, heç kimdən yardım almadan reallaşması iki qardaş ölkənin müttəfiqlik münasibətlərinə sadiqliyidir.

44 günlük müharibədə Azərbaycanın Qələbəsi Milli Ordumuzun qüdrəti, xalqımızın əzminin göstəricisi olduğu kimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünya tərəfindən dəyərləndirilən Azərbaycanın xarici siyasətinin uğurudur.
Azərbaycanın həllinə çalışdığı «Böyük Altılıq» təşəbbüsü bunun birbaşa sübutudur. Bir dövlətin möhkəmlənməsi ilə region dövlətlərinin güclənməsi prinsipi Şuşa Bəyannaməsində əksini tapır. Başqa sözlə deyilsə, altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxış edən, prioritetləri müəyyənləşdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəziflərin həlli istiqamətində əzmkarlıq göstərilir.

Daha çox xəbərlər