Fermada onu görməyə gələn qardaşını bıçaqladı
Ağsu rayonunda fermada ailə münaqişəsi baş verib.
ARANTV.AZ-ın məlumata görə, hadisə rayonun Cəfərli kəndi ərazisində yerləşən fermada qeydə alınıb.
Nurməhəmməd Mənəfov fermada çoban işləyən qardaşı Əmrah Mənəfovun yanına qonaq gəlib. Qardaşlar arasında dava düşüb.
Nəticədə Ə.Mənəfov qardaşı N.Mənəfovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.

