Siyasi sistemin təkminləşdirilməsində Milli Məclisin böyük rolu var
Hər dövlətin və xalqın həyatında, inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin dayanmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, belə İlham Əliyev kimi bir lideri var.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin 10 mart 2020-ci il iclasındakı çıxışında da Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial inkişafının hərtərəfli mənzərəsini vermişdir. Prezident nitqində bildirmişdir ki, Milli Məclisin növbədənkənar iclasının çağırılmasında əsas məqsəd yeni tərkibdə Milli Məclisin işini təşkil etmək, bir çox sahələrdə aparılan islahatların, qəbul edilən qərarların Milli Məclisdə öz əksini tapmasına şərait yaratmaqdır. Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi çoxpartiyalı sistem formalaşıb və bu demokratiyanın işində önəmli addımdır. Siyasi sistemin təkminləşdirilməsi işində Milli Məclisin çox böyük rolu vardır.
Həyata keçirilən rasional siyasi islahatlar da milli inkişafa təkan verən fundamental amil kimi səciyyələndirir.
Hesab edirəm ki, indiki geniş miqyaslı islahatlar dövründə siyasi islahatlar partiyalar arası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Çünki, dialoq üçün tərəf müqabillər lazımdır.
Son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, dövlətin maliyyə gücünün artması ölkədə geniş quruculuq işlərini həyata keirilməsinə, sosial infrastrukturun tamamilə yenidən qurulmasına imkan yaratmışdır. Təsadüfü deyil ki, dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində indi ölkəmizdə əhalinin firəvanlığının təminatına yönəldilmiş bir sıra proqramlar reallaşdırılır ki, bu da əhalinin həyat səviyyəsini getdikcə yaxşılaşmasına imkan yaradır.
Azərbaycan sülhsevər, dialoqa açıq ölkə olduğu bütün beynəlxalq səviyyəli tədbirlər, qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə önə çəkilir və nümunə göstərilir.
Azərbaycan yerləşdiyi coğrafi məkana görə müxtəlif dinlərin, mədəniyyətlərin bir araya gəlməsində körpü rolunu oynayır. Ölkəmizin ev sahibliyi etdiyi humanitar forumlarda, dini samitlərdə tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi önə çəkilir.
Dünyanın və regionun mənzərəsi fonunda Azərbaycanın bugünki uğurları, mövqeyi bütün sahələr üzrə təqdimatına yol açan imkanları daha aydın görünür.
Hər bir dövlətin əsas missiyalarından biri gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Son illər Azərbaycanın dövlət siyasətinin istiqamətlərindən biri də gənclər siyasətidir. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirir.
Azərbaycan bu gün bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar iclaslarında nümayəndə kimi iştirak edən hər kəs fəal olmalıdır, turist kimi getməməlidir və sonra hesabat verməlidir.
Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan müasir dünyəvi dövlətdir.
Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq.
Əminəm ki, bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyik və bu işdə Azərbaycan Respublikasının Prezidenti bizə uğurlu yol göstərəcəkdir.
Cəmilə Əliyeva,
Zəngilan rayon 28 nömrəli tam orta məktəbin müəllimi

