Hadisə 

48 yaşlı kişi su quyusuna düşərək ölüb

Gədəbəy sakini quyuya düşərək ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Arif Əliyev təxminən 3-4 metrlik su quyusuna düşərək boğulub ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Məlumata görə, 48 yaşlı kişinin psixi problemləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər