Xidmət rəisi: 5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb
Amnistiya aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən 5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
ARANTV.AZ xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanından Probasiya Xidmətinin rəisi Musa Hümbətov deyib. O bildirib ki, cəzadan azad edilən şəxslərin 24 saat ərzində qadağası ləğv edilib.

