Ovda özünü yaralayan kişi öldü
Sumqayıtda ölüm hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, bu gün səhər saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 21 günə yaxın müalicə alan 1982-ci il təvəllüdlü Mirzəyev Çingiz Rza oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Ç.Mirzəyev fevral ayının 20-də ov edən zaman ehtiyatsızlıqdan silahın açılması nəticəsində ağır yara alıb. Xəstəxanaya yerləşdirilən yaralıya zəruri həkim müdaxiləsi olunub. Müalicələrə baxmayaraq xəstə bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.oxu.az

