“Ay ərzində bir dəfə gömrükdən 30 kiloqrama qədər müxtəlif ərzaq məhsulu gətirilə bilər” – İdarə rəisi
“Qanuna uyğun olaraq, təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən 30 kiloqrama qədər müxtəlif ərzaq məhsulu gətirilə bilər”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
M.Vahabov bildirib ki, qanunvericilikdə də qeyd edildiyi kimi bu ərzaq məhsulları müxtəlif olmalıdır:
“Məsələn, tutaq ki, bir şəxs 30 kq kolbasa gətirirsə, deməli bu, şəxsi istifadə yox, kommersiya məqsədi daşıyır. Ona görə də buna diqqət edilməlidir. Ancaq müxtəlif ərzaq məhsullarından qanunvericilikdə nəzərdə tutulduğu kimi ay ərzində bir dəfə 30 kq-a qədər gətirilə bilər”.metbuat.az

