Azərbaycan və Aİ arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək
Avropa İttifaqı (Aİ) Xarici İşlər Xidmətinin siyasi direktoru, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin müavini Enrike Mora Azərbaycanda səfərdədir.
ARANTV.AZ xəbər verir ki, Aİ diplomatı azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək.
O, eyni zamanda Aİ-Azərbaycan arasında 3-cü Təhlükəsizlik Dialoquna Aİ tərəfdən sədrlik edəcək.

