Deputatdan əlilliyin təyin edilməsinə etiraz
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişikliklər labüddür”.
ARANTV.AZ azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyə Komitəsinin sədri ƏhlimanƏmiraslanov deyib. Komitə sədri xatırladıb ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunu 2001-ci ildə qəbul olunub: “Bu müddət ərzində xeyli inkişaf var və böyük işlər görülüb, yeniliklər əldə olunub. Ona görə bu qanun layihəsinə dəyişikliklər labüddür”.
Ə.Əmiraslanov əlavə edib ki, yalnız vərəm deyil, digər xəstəliklərlə bağlı əlilliyin təyin edilməsi üçün uzun müddətli stasionar müalicə alınması tələbi irəli sürülür: “Bu məsələyə yenidən baxmaq lazımdır. Belə çıxır ki, əllilik almaq üçün xəstə uzun müddət xəstəxanada qalmalıdır? Bu, xəstənin özü üçün mənəvi zərərdir. Eyni zamanda dövlət vəsaitinin xərclənməsinə səbəb olur. Bu necə əsaslandırılır? Hanı qanunvericilik aktı ilə tənzimlənir? Necə etmək lazımdır ki, bu qəbildən olan şikayətlər olmasın?”.

