Məscid ədəbi
Məscidə sağ ayaqla girmək, sol ayaqla çıxmaq lazımdır.
Ön cərgəyə keçmək üçün başqalarına əziyyət verməmək lazımdır. Cərgələr yan tərəfdən sıxlaşdırılmalı, çiyinlər bir-birinə yaxşıca dəyməlidir.
Cümə günü imam minbərə çıxan zaman və camaatla namaz qılınarkən, sünnətə başlamamaq lazımdır.
İş paltarı, böyüklərin yanına çıxa bilinməyən və pis iyli corablarla namaz qılmaq olmaz.
Sünnət ilə fərz arasında danışmaq olmaz.
Məscidə dəstəmazsız girmək olmaz.
Ön cərgədə yer varsa, arxa cərgədə durmaq olmaz.
Məsciddə yemək içmək olmaz.
Məsciddə alver etmək olmaz.
Camaata çatmaq üçün yüyürmək olmaz.
Məsciddə dünya kəlamı ilə məşğul olmamaq lazımdı.
Məsciddə yüksək səslə danışmamaq lazımdı.
Məscidi kirlədəcək və ya camaatın rahatlığını pozacaq dərəcədə səs salan uşaqları məscidə gətirmək olmaz.
Məscidi yol halına gətirmək olmaz.
Məscidə ayaqqabı ilə girməmək lazımdı.
Məsciddə ibadət etmək, dünya kəlamı ilə məşğul olmamaq lazımdır.

