Özünü Kürə atmaq istəyən şəxs xilas edilib
Mingəçevirdə intihar cəhdinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, martın 26-da saat 22 radələrində Mingəçevir şəhər sakini Ə.Rzayev sərxoş vəziyyətdə Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərib.
Cəhdin qarşısı Mingəçevir Şəhər Polis Şöbəsi və Baş Mühafizə İdarəsinin Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
Araşdırma aparılır.

