Hadisə 

55 yaşlı kişi “antifriz” içərək intihar etdi

Suraxanı rayonu, Hövsan qəsəbəsində intihar faktı qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, Maqazin küçəsi 112-də yaşayan, 1963-cü il təvəllüdlü İmamverdi İbad oğlu Qənbərli yaşadığı mənzildə “antifriz” içib. 55 yaşlı kişi 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilsə də 2 gün sonra orada vəfat edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.ölkə.az

Daha çox xəbərlər

Leave a Comment