Hadisə 

Bakıda partlayış zamanı xəsarət alanların son durumu açıqlandı – YENİLƏNİB + VİDEO

Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Baku TV-nin müxbiri Bakıda gecə klubunda partlayış zamanı xəsarət alanların bir hissəsinin yerləşdirildiyi Nərimanov Tibb Mərkəzindən reportaj hazırlayıb.

Tibbi Mərkəzin baş həkimi bildirib ki, bu gün saat 03:00 radələrində yanıq mərkəzinə ağır vəziyyətdə olan 16 yaralı daxil olub:

“Vəziyyətlərinə görə 6 nəfər ağır yaralı olduğu üçün reanimasiya şöbəsinə, digər 10 nəfər isə palatalara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan xəstələrin müalicəsi davam edir. Palatalarda olan xəstələrin isə vəziyyəti stabildir”

07:11

Hadisə yerində çalışan Baku Tv-nin müxbiri yenidən canlı yayımla reportajını davam etdirir.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

 

04:47

Hadisə yerində çalışan Baku Tv-nin müxbiri yenidən canlı yayımla reportajını davam etdirir.

04:17

Bakının mərkəzində baş vermiş partlayışla bağlı son məlumatları Baku TV-nin hadisə yerində çalışan müxbiri canlı olaraq təqdim edir.

Həmin yayıma buradan baxa bilərsiniz:

Daha çox xəbərlər