Dünya 

Ukraynada müharibə başlayandan nə qədər uşaq xəsarət alıb? – Baş Prokurorluq AÇIQLADI

Ukraynada müharibə nəticəsində 250-dən çox uşaq xəsarət alıb.

Bununla bağlı ölkənin Baş Prokurorluğu öz “Telegram” kanalında məlumat yayıb.

“2022-ci il aprelin 3-də səhər saatlarına olan məlumata görə, ölən uşaqların sayı ilə bağlı rəsmi rəqəm dəyişməyib – 158 ölü. Xəsarət alanların sayı isə 258-dən çoxdur”, – məlumatda deyilir.

Uşaqlar ən çox Kiyevdə – 75, Donetskdə – 73, Xarkovda – 56, Çerniqovda – 47, Nikolayevdə – 32, Luqanskda – 31, Zaporojyedə – 22, Xersonda – 29, paytaxtda – 16, Sumidə – 16, Jitomirdə – 15 nəfər zərər çəkib.

Daha çox xəbərlər