Xalq şəxsiyyət ətrafında birləşəndə əzəmətli və qüdrətli olur.
Cənab prezident!
Xalqımız Sizi Heydər Əliyev Günəşinin nuru, şəfəqi adlandırır. Sizin Azərbaycana bəxş etdiyiniz uğurlar, töhvələr sağlam gələcəyimizdən xəbər verir.
Hər bir dövrdə xalqın tarixində iz buraxan məqamlar ,dönüş nöqtəsi olmuşdur. Bunlar bəzən xalqı ictimai tərəqiyyə doğru istiqamətləndirmiş, bəzən tənəzzülə, iqtisadi böhrana sürükləmişdir. Heydər Əliyev hakimiyyəti dövründə yaranan dönüş Azərbaycana əsaslı inkişaf bəxş etmişdir. Bu inkişafın prinsipiallığı hamımıza məlumdur.
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkiləri Azərbaycan üçün həlledici stimul rolunu oynadı. Qədirbilən xalqımız bu seçkilərdə prezident seçilməyə haqqı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevin ardıcıl, siyasi varisi kimi Sizə səs verərək ,öz taleyini etibarlı əllərə tapşırdı.
Hamımıza bəllidir ki, görülən bütün işlərə tarix özü qiymət verir. Bu gələcəkdə də belə olacaqdır.
Qazanılan uğurlar, əldə olunan naliyyətlər göz qabağındadır. Sizin 19 illik aktiv siyasətiniz Azərbaycana çox şey vermişdir. Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı yüksəlişi bu siyasətin məhsulu kimi dəyərləndirmək olar. Azərbaycan xalqı özünü xöşbəxt sayır çünki onun İlham Əliyev kimi uzaqgörən bir prezidenti var.
Kənan Quliyev
YAP Laçın Rayon Təşkilatı 18 saylı ƏPT-nın sədri

