Yenilməz lider və qüdrətli Azərbaycan.
Bir xalqın taleyi, şansı onun əvəzedilməz liderinin olmasıdır. Vətarixənbelə şanslı xalq olduğumuz üçün dünyanın xoşbəxt ölkəsi kimi tanınırıq. Çünki xalq olaraq hədəfimiz ölkənin azad, demokratik, inkişafetmiş görməkdir və liderimizin bu yolda tək dəstəkçisi onu dəstəkləyən,arxası ilə gedən xalqıdır. Ulu öndərin bizə qurub yaratdığı dövlət və onun layiqli davamçısı cənab İlham Əliyevin əzmlə idarə etdiyi, günü-gündən inkişaf edən bir dövlət əlbəttəki, yenilməz, möhkəm və qüdrətli olar. Məhz Azərbaycan xalqı bir daha yenilməz bir liderə sahib olduğunu anladı. 2018-ci il 11 aprel tarixi məhz xalqın bu günkü aydın səma üçün çox düzgün qərarı idi. Keçirilən prezident seçkilərində arxaya belə baxmadan tam inamla ölkənin tərəqqisinə,inkişafına səs vermiş oldular. Gəncliyin və gələcəyin partiyası olan YAP-nın tək namizədi olan cənab İlham Əliyev 8 namizəd arasında 86,2%səs qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu Azərbaycan xalqının inamı idi bir rəhbərə.Əlbəttə ki, 2018-ci ilə qədər olan dövrdə izlənilən inkişaf Azərbaycanın beynəlxalq aləmdə nifuzu,beynəlxalq təşkilatlara üzv seçilməsi bu inamın təməli idi. Və İlham Əliyev xalqa söz verdi. Bu vətən azad olacaq,düşmən tapdağından qurtulacaq. Məhz 2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailliyyət dövrüdür. 2003-2018-ci illər ərzində nəinki iqtisadiyyatda bütün sahələrdə yüksəliş dinamikası gözlə görüləcək qədərdir.Yol vənəqliyyat, su təchizatı, kənd təsərrüfatı,idman sahəsində faktlarla qeyd olunacaq qədər inkişaf danılmazdır. Məhz xronikaya baxsaq 2003-2018-illər yalnız yüksəliş dövrü olmuşdur. Nəticə etibarilə 11aprel
günü xalq arzularının dalınca getdi.Və xalq qələbə çaldı otarixi günlə!
Yaşasın cənab İlham Əliyev!
Yaşasın Azərbaycan !
YAP Göyçay rayon təşkilatının fəalı : Aynur Mahmudova

