Siyasət 

2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində mövqelərini xeyli gücləndirmişdir.

2003-cü ildən keçən on beş il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük bir hissəsi öz həllini tapmış, istənilən istiqamətlər üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanıı qazandığı naliyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Ölkəmizin qeyri-neft sektorunda müşahidə edilən dinamizmi və iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. İqtisadiyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun qeyri neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var.
Ötən beş il ərzində Azərbaycan iqtisadiyyatı 3.2 dəfə, qeyri-neft sektoru 2.8 dəfə, sənaye istehsalı 2.6 dəfə, kənd təsərrüfatı 1.7 dəfə artmış, qeyri-neft ixracı 4.1 dəfə çoxalmışdır. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 4-5 dəfə çoxdur. Yəni biz, istənilən vaxtda bütün borclarımızı rahatlıqla ödəyə bilərik.
Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5.4 faizə düşüb. İşsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, qara qızıl neft və qaz insan kapitalına çevrilmişdir. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyr-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilmişdir. Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1.8 milyard dollar idisə, hazırda 46 milyard dollara yaxındır.
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir bütün hesabatlarda biz öncül mövqelərdə dururuq. Dünya iqtisadi forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir.
Formun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəlmişdir. 27 yaşı olan gənc, müstəqil ölkə üçün bu çox böyük nəailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir.
2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin – “ Azerspece-1” orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar tarixi bir gün böyük naliyyət olmaqla yanaşı Azərbaycanı kosmik ölkələr sırasına daxil etmişdir. 2014-cü ildə Azərbaycan iknci müşahidə peykinə sahib olmuş bu peyk “Azersky” ölkəmizə təhfil verilmişdir. “Azersky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, bu peyk yer səhtini yüksək dəqiqliklə müşahidə edir və dünyada cəmi 20 ölkə belə peyklərə malikdir ki, buda çox böyük uğur olmaqla yanaşı, ölkəmizin sürətli inkişafının göstəricisidir. Bu il sentyabrın 26-da isə daha daha bir telekommunikasiya peyki – “Azerspece -2” orbitə çıxarılmışdır.
Beləliklə, Azərbaycanın milli maraqları təhlükəsizliklə bağlı maraqları tam təmin olunur, eyni zamanda kosmik sənayemizdə inkişaf edir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə Azərbaycan enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmış, Azərbaycan bu iqtisadi potensial baxımından rüqionun lider ölkəsidir
Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən, ”Azəri”, “Çıraq’’, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Əsrin müqaviləsinin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təhsizatçısı olduğu Baki-Tbilisi- Ceyhan lahiyəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm istirakçıya çevirmişdir.
Hazırda, Azərbaycandan nefə və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Eyni zamanda ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə diqqəti cəlb edir. Bu gün Azərbaycan həm reqionun, həmdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir çox Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. 2017-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmlı lahiyədir. Bu lahiyə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyil.
İlk dəfə olaraq, 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdı. Beləliklə, Cənubi Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlardan sonra nəhayət 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP-TRANS-ANADOLU qaz kəməri ilə müqavilə imzalandı. Bu lahiyyə bizim uzunmüddətli inkişafımızı onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır.
Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş ölkələrin mavi yanacaqla olan tələbatının ödənilməsinə imkan verəcək. Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi, malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji lahiyələrinin reallaşdığı mərkəz kimi diqqəti cəlb edir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabr ayının 17- də Bakıda lahiyə üzrə yekun investisiya qərarının imzalanması ilə ”Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Şahdəniz-2” enerji lahiyəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu lahiyə enerji təhlükəsizliyə və enerjinin şaxələndirilməsi layihəsidir.
Azərbaycan 20 il əvvəl Əsrin müqaviləsini imzalamaqla Xəzər dənizini xarici sərmayədarlara açmışdır və ölkəmizn uğurlu inkişafını təmin etmişdir. Həmin müqvilə 20- ci əsrin müqaviləsi adlandırılmışdırsa, “Şahdəniz-2” 21-ci əsrin ən iri enerji lahiyəsidir. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq, ən perspektiv tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin dediyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Ələddin Məmmədov,
Zəngilan RİH-nin əməkdaşı

Daha çox xəbərlər