” Azərbaycan gəncinin Şuşada dalğalandırdığı bayrağımız düşmənə göz dağı verir”
“Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər… Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Prezident İlham Əliyevin söylədiyi bu fikirlər ölkədə aparılan gənclər siyasətinin mahiyyətini ifadə etməklə yanaşı, həm də bu strategiyanın real nəticəsinin də əyani göstəricisidir.
Dövlət başçısının səsləndirdiyi mülahizələr həqiqətən, gənclər adına çox qürurvericidir. Bu gün iftixar və qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Azərbaycan gəncləri yeni ixtiraları ilə dünyaya səs salır, olimpiadalarda, beynəlxalq yarışlarda qızıl medallara sahib çıxaraq bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır.
2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü hesab edilir. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Azərbaycan gəncinin Şuşada dalğalandırdığı bayrağımız düşmənə göz dağı verir.
Dövlət başçısı da məhz bu amilə toxunaraq qeyd etdi ki, bu gün gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclərimiz hərbi qələbələri şərtləndiriblərvə II Qarabağ müharibəsi döyüşləri şanlı tarixi qələbəmizdir.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir .Yeni Azərbaycan Partiyası da vətəndaşlarımızın ideya-siyasi tərbiyəsi ilə bağlı öz işlərini ən müasir səviyyədə qurur.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır.Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər YAP Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır.Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi görülən işlərin keyfiyyətindən xəbər verir. Bir sıra bayramlarda YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyi və onun yerli qurumları sosial aksiyalar həyata keçirirlər.Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.Bu da onu göstərir ki, Azərbaycan gəncliyi bu qayğının nəticəsində daha da aktiv olmağa və bunu öz fəaliyyətlərində göstərməyə çalışır.Təbiiki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasınınnəticəsidir.İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır.Gənclərdədövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir:“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə sizə arxalanıram”.
Beləliklə,biz gənclərin bütün məqsəd və hədəfləri Vətənimizin inkişafı naminə düşünülür. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı ‘nın fəalı– Orxan Mustafazadə

