Gündəm 

RAMİL USUBOV YENİ RƏİS TƏYİN ETDİ – ƏMR

Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.

ARANTV.AZ-ın xəbərinə görə, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.

Avtosfer.az

Daha çox xəbərlər

Leave a Comment