Siyasət 

Əminnik ki, bizim yurdumuz əvvəlkindən də gözəl, möhtəşəm olacaq

Ümummilli liderimiz Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi, dili, təkrarolunmaz milli-mənəvi dəyərləri və mədəniyyəti formalaşdı. Ulu öndərimizin bizə miras qoyduğu bu ideyalar Cənab Prezidentin layiqli fəaliyyəti sayəsində özünü daha da möhkəmləndirdi. Bu gün ölkəmizin öz qüdrəti ilə 44 gündə bütün dünyaya səs salan, Vətənimizi, xalqımızı qoruyan güclü ordusu var. Ali Baş Komandanın apardığı doğru siyasət və ordumuzun gücü sayəsində həsrətində olduğumuz doğma Qarabağa qovuşduq. Əminnik ki, bizim yurdumuz əvvəlkindən də gözəl, möhtəşəm olacaq. Azərbaycan Respublikası, əbədiyaşar lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezidentin davam etdirdiyi siyasət nəticəsində dünyanın qüdrətli ölkələrindən birinə çevrilmişdir. Bu gün biz gənclər heç bir tərəddüd etmədən və əminliklə daim Cənab prezidentə inanır və güvənirik və onun apardığınız siyasəti dəstəkləyirik.
Nuruyeva Türkanə Atəş qızı
Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Daha çox xəbərlər