Region Xəbərləri 

Xalqın seçimi İlham Əliyevdir

Azərbaycan xalqı öz seçimini etdi. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Keçirilən prezident seçkiləri onu göstərir ki, Azərbaycan da bütün azadlıqlar təmin olunur. Azərbaycan demokratiya yolu ilə uğurla gedir.
Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda bizim xoşbəxt gələcəyimizə səs vermişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünyada inkişaf etmiş ölkələr sırasındadır. Bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq. Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası, nümunəvi ölkə kimi tanınır. Son 18 ildə ərzində iqtisadı inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmamışdır. İnanırıq və əminik ki, bundan sonrada belə olacaq.
Şəbnəm Əmirli
YAP Laçın rayon təşkilatının fəalı
Laçın rayon E.Məhərrəmov adına Hacılar kənd tam orta məktəbin Ingilis dili müəllimi

Daha çox xəbərlər