Region Xəbərləri 

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.

“Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almaldır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir”. Bu sözləri cənab Prezident İlham Əliyev Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. Hər bir gənc mənsub olduğu cəmiyyətdə şəxsi mövqeyə malik olur. Biri müəllim, biri həkim, biri hərbiçi, digəri də idmançı kimi tutduğu mövqedə xidmət göstərir və öz əməyi ilə ölkəsinin inkişafına töfhə vermiş olur. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Buna görə də bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkə kimi tanınır və nadir ölkələrdəndir ki, öz siyasətin müstəqil şəkildə aparır.
Şəbnəm Əmirli
YAP Laçın rayon təşkilatının fəalı
Laçın rayon E.Məhərrəmov adına Hacılar kənd tam orta məktəbinin müəllimi

Daha çox xəbərlər