Siyasət 

Gərginliyin azalmasına xidmət edən razılıq

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə müzakiə etdiyi məsələlərin çevrəsi və nəticələri sülh prosesində yeni mərələnin açıldığını deməyə əsas verir. Şərti olaraq bunu Brüssel sülh prosesi də adlandıra bilərik. Paşinyan “Dağlıq Qarabağ”məfhumundan əl çəkmirdi, Qarabağ ərazi yox, hüquqi mübahisədir deyirdi, Minsk Qrupu çərçivəsində statusun müəyyən edilməsindən danışırdı, qanunsuz erməni silahlılarının Qarabağdan çıxmalı olmadıqlarını əsaslandırmağa çalışırdı. Brüsseldə bəyan edilmiş razılaşmalarda Paşinyanın apardığı paketin hansısa müddəasının əks olunduğu ciddi sual doğurur. Əslində, sualın cavabı yoxdur və Paşinyanın Brüssel görüşündən əvvəl iddia etdiyi tezislərin demək olar ki, Brüsseldə heç birinə məhəl qoyulmadı. Media üçün açıqlamalarda “Dağlıq Qarabağ”, “Arsax”, “status”, “Minsk Qrupu” kimi anlayışlar qətiyyən işlədilmədi. Bu isə o deməkdir ki, Avropa Birliyi Qarabağ münaqişəsinin həllindən sonra qalmış mübahisəli məsələlərə münasibətdə Ermənistanın mövqeyini və baxışlarını yaxına buraxmadı, postmüharibə reallıqlarına Ermənistanın gözü ilə baxmadı. Məlumur ki, hələ Brüsseldə görüşə qədər Azərbaycan Prezidenti münaqişəni həll edilmiş sayır, “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını bəyan edir, Minsk Qrupuna aid bir məsələnin qalmadığını deyir, status verilməyəcəyini bildirir, bölgə üçün sülh sazişinin alternativinin olmadığını bəyan edirdi. Bəs Brüssedə nə baş verdi? Sazişin imzalanması üçün hazırlıqara başlamaq, delimitasiya komissiyasını toplamaq barədə tərəflərə təlimat verildi, status, Minsk Qrupu kənara atıldı. Bir sözlə, Brüssel görüşündən əvvəl Azərbaycan Ermənistanla normallaşmanın hansı prinsiplərini təyin etmişdirsə, Avropa İttifaqı da məhz onlara uyğunlaşdı. Bu, Azərbaycan üçün tərəf saxlamaq deyil, o deməkdir ki, Azəraycan Prezidenti müharibədən sonra irəliyə doğru hərəkətin ən real, ən praktik üsul və prinsiplərini təklif edirdi. Brüssel görüşü sübut etdi ki, Avropa strukturları sülh yolu ilə irəliyə doğru hərəkətin ancaq Azərbaycan modelini qəbul edir.

Daha çox xəbərlər