Siyasət 

Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri və səfər zamanı keçirilmiş görüşlərin nəticələri haqqında

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr
dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Proseslərin davamı və
inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və
bununla bağlı işçi qrupun yaradılması qərara alınıb.
Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən
ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən
sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin
tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək
göstərilməsi də nəzərdə tutulur.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in
Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki,
Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir.
Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən
biridir, qərəzsiz və bitərəfdir.
Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni
inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar,
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində
müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh
müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər
məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz
regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən
əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük
səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa
uğrayır.

Daha çox xəbərlər