Yaşa mənim dünənimin, bu günümün, sabahımın qarantı olan Prezidentim.
2020-ci il Azərbaycan xalqının həyatında yaddaşlara həkk olunan bir il olmuşdur. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazdı. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq.
2021-ci il Azərbaycan xalqının həyatında dərin iz qoyulmuşdur işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlamaq haqqında verilən sərəncamlar, həmçinin beynəlxalq aləmdə yeni reallıqları sübut etdirmək hər bir azərbaycanlının ürəyincə oldu.
Dövlət başçımızın uzaqgörən siyasətinin nəticəsində ilk növbədə beynəlxalq təşkilatlar fəal əməkdaşlıq davam etdirilmiş, dünyanın aparıcı beynəlxalq təşkilatları həqiqətləri qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbir bir daha sübut etdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan qurumda.
Biz heçnəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik. 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış. BMT-nin qərarlarını Azərbaycan xalqı qartal qanadlı oğulların gücü ilə hell etdik. Qarabağ münaqişəsinin həlli BMT-nin üzərindən də ağır bir yükü götürüldü.
BMT-dən sonra ən nüfuzlu beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında hazırda Azərbaycan sədrlik edir. Azərbaycan bu hərəkat üzv olandan dərhal sonra ədalətli mövqedə dayanmış, həm müharibədən əvvəl, həm müharibədən əvvəl, həm müharibə dövründə, həmdə müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.
İslam Əməkdaşlıq Təşkilatı həm işğal dövründə, həm də işğaldan sonra xarici işlər nazirləri səviyyəsindəki toplantıda Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul etmişdir. Təşkilatın rəhbərləri azad olunmuş torpaqlara səfər etmiş. Ağdam şəhərindəki məscidin, Şuşa şəhərindəki Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin dağıntıların öz gözləri ilə görmüşlər.
Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyət göstərməsinə baxmayaraq, heç bir nəticə əldə etməmişdir. Həmsədr ölkələr bu illərdə Azərbaycana, Ermənistana yüzlərlə səfər etmiş, nəticə sıfır olmuşdur. Minsk qrupunun həll edə bilmədiyi məsələlərə 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu.
Avropa İttifaqı da reallıqları qəbul etmiş, Azərbaycan Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. İttifaqın yekun imzalanmış sənətində “Dağlıq Qarabağ” adı yoxdur.
Azərbaycan iki ölkə arasındaki əlaqələri qaydaya salmaq üçün 5 prinsipdən ibarət təklif vermiş, qarşı tərəf bu təkliflə razılaşmış, Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, Azərbaycana ərazi iddiasından əl çəkir.
30 il ərzində birinci dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbəti olmuş, sülh müqaviləsinin hazırlanmasına dair işçi qrupların işə başlamaları çox təqdirəlayiq bir məsələdir.
Ermənistanın inkişafı onun qonşusu Azərbaycan və Türkiyədən, həmin ölkələrlə münasibətindən asılı olacaq.
Müharibənin 44 gününün hər günü dərindən təhlil oldu. Aparılmış təhlil göstərdi ki, ordu quruculuğu daha effektiv təşkil olunsun. Yeni qoşun növü yaradılmışdır. Ordumuz müasirləşəcək və daha da güclənəcəkdir.
İkinci Qarabağ müharibəsində xüsüsi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması dövlətimizin müdafiəsində zəruri məsələlərdən biridir. Hərbi məsələlərin həlli üçün ayrılan vəsait artırılır və artırılacaq.
Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası ordumuz tərəfindən məhv edilmişdir. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyətin bizə olan marağı daha da artır. Bu maraq investisiya layihələrində öz əksini tapır. İki elektrik stansiyasının təməli qoyuldu və gələn il istismara veriləcək.
Ölkəmizin iqtisadi göstəriciləri daha ürəkaçan bir səviyyədədir. Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımızın 10 faiz, sənaye istehsalı 4 faiz, qeyri-neft sənaye istehsalı isə 18 faiz artıb.
Ölkənin xarici ticarət dövriyyəsi 60 faiz, ixracımız iki dəfə artıb. Bir il ərzində xarici borc təqribən 600 milyon dollardan çox aşağı salınmışdır. Xarici ticarətin balansı çox müsbətdir. Ölkələr daha çox idxal edir, nəinki ixrac. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ölkəmizin ixracı idxalı üstələyir.
Bütün bu nailiyyətlərimiz Azərbaycanın daxili gücünün hesabına əldə olunmuşdur. Nə işğal dövründə, nə də işğaldan sonra heç kimdən bir manat da almamışıq. Azad olunmuş torpaqlarımızda bərpa işləri də öz daxili imkanlarımız hesabına aparılır.
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən cox insan həlak olub. Dünyada bu məsələ ilə bağlı məşğul olan fondlar var. Lazımdır ki, gəlsinlər, köməklik göstərsinlər. Bizdə bu sahədə işçi qüvvə, mütəxəssislər çatışmır.
Azərbaycan vətəndaşları Qarabağ və Zəngəzur bölgəsində firavan, rahat yaşayacaqlar.
Hazırda dünyada müharibələr toqquşmalar alovlanır. Dünyada ərzaq qıtlığı gözlənilir, ərzaq məhsullarının qiyməti kəskin arttır. Rusiya- Ukrayna müharibəsi bunu daha da sürətləndirib. Rusiya ilə Ukrayna dünyada aparıcı taxıl ixracatçılarıdır. İndi qıtlıq hiss olunur. Bu qıtlığı aradan qaldırmaq üçün azad edilmiş torpaqlarımızda ərzaqlıq buğda sahələri genişdirməliyik.
Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə özümüzü cəmi 25 faiz təmin edirik. Azad edilmiş torpaqlarda bu il esas ərzaq məhsulu olan buğda istehsalı artırılacaq.
Şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş mənzillərin sayı artırılacaq , onların rahat yaşayış şəraiti təmin olunacaqdır.
Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması oraya gələcəkdə qayıdacaq insanların sevincinə səbəb olmuşdur.
Azad edilmiş ərazilərdə 2021-ci ildə 20 meqavat gücündə 4 su elektrik stansiyası inşa edilmişdir. Bu da həmin ərazilərdə elektrik enerjisinə olan təlabatın ödənilməsidir.
Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətləri yerli şirkətlərin qoşulması da vacibdir.
İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanması da Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Zəngəzur dəhlizi açılmalıdır! məsələsi aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsinə səbəb olmuşdur. İran üzərindən yolun Naxçivana çəkilməsi oradan dünya bazarına çıxarılması layihəsi tezliklə həyata keçiriləcəkdir.
Bərdə- Ağdam dəmir yolunun inşası davam edir. Ağdam və Füzulidə dəmir yolları və vağzalların inşası da əhalinin infrastrukturunun yaxşılaşmasına səbəb olacaqdır.
Naftalandan Talış kəndinə qədər çəkiləcək yollar cari ildə istismara veriləcək. Bu yol Naftalanı Suqovuşana birləşdirəcək. Beynəlxalq turizm mərkəzi kimi tanınan Naftalanda həm turizm, həm yaşayış, həm də idman məskəni olacaq.
Ölkəmizin yol infrastrukturu surətlə şaxələnir. Kəlbəcər- Laçın avtomobil yolu və 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, ordan da Laçına gedən magistral yolun inşası da dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərimizin çiçəklənməsidir.
2020-ci ildə Vətən müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun genişlənməsi üçün bir neçə layihələr hazırlatmışdır. Noyabrın 16-da ” Zəfər yolu” avtomobil yolunun təməli qoyulmuşdur.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.
Bu layihələr həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartlarının yaradılmasına xidmət edir.
Azərbaycan xalqı, dövləti v Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhraman ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mübadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Ucar şəhər 2 nömrəli tam orta məktəbin dil və ədəbiyyat müəllimi Aybəniz Hüseynova.

