Gündəm 

Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.

ARANTV.AZ  unikal.org-a istinadla xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.

Xəbəri İsmayıllı rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Daha çox xəbərlər