Dünya 

Rusiyalı iş adamlarının “Forbes”dən qəribə xahişi

Rusiyalı bəzi iş adamları ABŞ-ın “Forbes” jurnalından onları “rus milyarderləri” adlandırmamağı xahiş edib.

Bu barədə nəşrin saytında bildirilir.

Müvafiq istəklə “VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durov da müraciət edib. O, hazırda Dubayda yaşayır, Fransa, Sent-Kits və Nevis vətəndaşlığına malikdir.

Həmçinin İqor və Dmitri Buxman, Nikolay Storonski, Yevgeni Şvidler, Leonard Blavatnik və Yuri Milner kimi şəxslər də analoji müraciətlə çıxış ediblər.

Mənbə: Mk.ru

Daha çox xəbərlər