Hadisə 

Tovuzda avtomobil təmiri zamanı bədbəxt hadisə – FOTO

Tovuzda 32 yaşlı kişi ehtiyatsızlıq ucbatından xəsarət alıb.

AEANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Qurbanov avtomobil təmir edən zaman diqqətsizlik səbəbindən yanıq xəsarəti alıb.

R.Qurbanov dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər