Güclü külək nə vaxt səngiyəcək?
Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:
“Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”,- deyə G.Məmmədova bildirib.

