Bakı sakinini avtomobil vurub
Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədov Azər İbrahim oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

