Dünya 

Rusiyada Beynəlxalq aeroportda tavan uçub – VİDEO

Rusiyanın Vladivostok şəhərində Beynəlxalq Aeroportun binasında tavan uçub.

Bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

Hadisə aprelin 24-də aeroport ərazisində yerləşən kafedə sərnişinlərin gözü qarşısında baş verib. Məlumata görə, xəsarət alan yoxdur.

Hazırda ekspertlər tavanın uçmasının səbəblərini araşdırır.

Aeroport normal rejimdə işləyir.

Mənbə: RİA Novosti

Daha çox xəbərlər