Region Xəbərləri 

Bərdə rayon Ağsaqqallar Şurası Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər təşkil edib+FOTOLAR

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ilə Bərdə rayonunda ağsaqqal şurasının təşkilatçılığı ilə silsiə tədbirlər keçirilib.

Arantv.az xəbər verir ki,tədbirdə Bərdə rayon Ağsaqqallar Şurasının üzvləri, mədəniyyət , təhsil işçiləri, gənclər, KİV nümayəndələri, Azərbaycan futbolunun məşhur  veteranı   İsgəndər Cavadov  iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adına olan parkda dahi şəxsiyyətin adına ucaldlmış heykəlin qarşısına gül dəstələri qoyublar.

Tədbir Bərdə rayon Olimpiya İdman Kompleksində davam etdirilib. İdman Kompleksində ümummulli liderin xatirəsinə kitab sərgisi keçirilib.  Bərdə rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov çıxış edərək ümummilli liderin Azərbaycan siyasətindəki xilaskar rolu haqqında danışıb. Digər natiqlər, Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov , veteran futbolçu İsgəndər Cavadov, Bərdə rayon Ağsaqqallar Şurasının sədr müavini Əliş Şərifov çıxış edərək ümummili liderin Azərbaycan dövlətçiliyinin bərqərar olunması , dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndiriblər.

Onu da qeyd edək ki, Ağsaqqallar Şurasının Bərdə şəhər stadionunda təşkil etdiyi növbəti tədbirdə gənc futbolçularla bitgə veteran futbolçuların mükafatlandırılması həyata keçirilib.

Daha çox xəbərlər